Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulacaq.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, turun ikinci oyun günündə E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri İtaliyada olacaq. "İnter" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
E qrupu
23:00. "Genk" (Belçika) - "Liverpul" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Napoli" (İtaliya)
Xal durumu: "Napoli" - 4, "Zaltsburq" - 3, "Liverpul" - 3, "Genk" - 1.
F qrupu
23:00. "İnter" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Barselona" (İspaniya)
Xal durumu: "Borussiya" - 4, "Barselona" - 4, "İnter" - 1, "Slaviya" - 1
G qrupu
20:55. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)
23:00. "Benfika" (Portuqaliya) - "Lion" (Fransa)
Xal durumu: "Zenit" - 4, "Lion" - 4, "Leyptsiq" - 3. "Benfika" - 0
H qrupu
20:55. "Ayaks" (Hollandiya) - "Çelsi" (İngiltərə)
23:00. "Lill" (Fransa) - "Valensiya" (İspaniya)
Xal durumu: "Ayaks" - 6, "Çelsi" - 3, "Valensiya" - 3, "Lill" - 0.