Çayxorlara BƏD XƏBƏR: çox çay içmək...
24.05.2016 1633 0.0 0

Xüsusilə türk xalqları arasında ən çox içilən içki çaydır. Günün istənilən saatında içilən çay yorğunluğu aradan qaldırır, bədəni rahatladır. Təbii ki, bu da onun tərkibindəki maddələrin sayəsində olur. Lakin pəhriz saxlayanlar çaya birmənalı yanaşa bilmirlər. Çaylar arasında əsasən qara çaya üstünlük verilir. Sevimli içkimiz olan çayın faydaları və ziyanları haqqında araşdırmanı təqdim edirik.

 

İlk növbədə qeyd edək ki, qara çay qablaşdırılmış quru çayın isti suda dəmlənməsi ilə hazırlanır və dəmlənmə əsnasında kofein, orqanik turşular, polifenol törəmələri və mineralların bir qismi suya keçir. Çayın dadı da polifenol törəmələri və kofeindən qaynaqlanır. Dəmlənmə müddəti uzandıqca, bu elementlərin suya keçən miqdarları da artır. İki-üç dəqiqə 180 ml qaynar su ilə dəmlənmiş çayda 30 mg miqdarında kofein olur. Dəmləmə müddəti uzandıqca bu miqdar təxminən 60 mg-a qədər artır.

 

Qara çayın tərkibindəki maddələr beyində elektrik fəaliyyətini sürətləndirərək xəbərdaredici təsir göstərir. Bu isə insanda diqqətin artmasına kömək olur. Lakin mütəxəssislər çayın gün ərzində 1-6 fincandan çox içilməməsini məsləhət görür. Üstəlik, çay açıq və şəkərsiz içilməlidir.

 

 

İnsan orqanizmindəki hüceyrə və toxumalarda gün ərzində milyonlarla kimyəvi əməliyyat reallaşır. Bu kimyəvi əməliyyatlar nəticəsində sərbəst radikallar olaraq adlandırılan maddələr ortaya çıxır. Bu sərbəst radikallar hüceyrə DNT, zülallar və lipitlərə zərər verərək, bir müddətdən sonra ürək xəstəlikləri, xərçəng, sinir sistemi xəstəliklərinə səbəb olur. Bu zərərli maddələri bədəndən atan, hüceyrələrə zərər verə bilməyəcək hala gətirən sistem isə antoksidandır. Çayın içərisində olan polifenollar isə güclü antioksidandır. Mütəxəssislərin son illərdə çay mövzusunda apardığı araşdırmalarda çayın sağlamlıq baxımından təsirləri tədqiq  edilib və tərkibindəki polifenollar (ən qüvvətli olanı EGCg), flavanoidlər və kateşinlərin gündə 1-6 fincan çay içdikdə 1 həftə sonra plazma antioksidan tutumunu artırdığı müəyyən olunub. Eyni zamanda çayda olan yüksək səviyyədəki flavanoidlərin hüceyrə və toxumalardakı oksidativ zərərin qarşısını aldığı da müşahidə edilib.

 

Çay içmək arıqlamağı çətinləşdirir

 

Çayı şəkərli içməyə vərdiş etdikdə ürək xəstəlikləri inkişaf edir, kökəlməyə meyllilik artır. Yemək zamanı tünd çay içmək qidalardan alına biləcək dəmir qəbulunun azalmasına səbəb ola bilər. Qara çay açıq və limon dilimi qoyularaq içildikdə dəmir əskikliyi anemiyası olan xəstələrə də heç bir mənfi təsir göstərmir. Çay açıq içildikdə heç bir qidanın içindəki mineralların  bədən üçün faydalılığına mənfi təsir etmir.

 

Gündə 4- 5 fincanı keçməyin 

 

Qara çayın tərkibində olan kafein beyində informasiya emalı və yaranan problemə qarşı sürətli və müsbət cavab yaradılması qabiliyyətini təmin edir. Gündə 6 fincana qədər çay içmək oyaq qalmağınıza və diqqətinizin maksimum cəmlənməsini təmin edir./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar