Çayxanadan Ərdoğana təbrik telefonu (VİDEO)
02.11.2015 723 0.0 0

Ötən gün Türkiyədə keçirilən növbədən kənar parlament seçkisinin ilkin nəticələri açıqlandıqdan sonra ölkədəki çayxanalardan birindən prezident Rəcəb Tayyib Ərdoğana zəng vurulub. Məlumata görə, çayxananın çayçısı olduğu bildirilən şəxs Ərdoğana zəng vurur və Ədalət və İnkişaf Partiyasının (AKP) seçkidə qazandığı qələbəyə görə ölkə başçısını təbrik edir. Çayçı ilə prezident arasında olan telefon danışığını ətrafda olanlar telefonla çəkərək həmin videonu facebook sosial şəbəkəsində paylaşıblar. Tərəflər arasında baş tutan telefon danışığı artıq prezident administrasiyası tərəfindən də təsdiqlənib. 

Çayçı telefonla prezident Ərdoğana salam verir və onu təbrik edir. Bundan sonra ətrafda olnlar prezident Ərdoğanın lehinə dəstək şuarları səsləndirirlər. Telefon danışığının sonunda isə Ərdoğan bundan sonra daha çox işləməli olduqlarını deyir. Çayçı da öz növbəsində prezidentə daha çox işləyəcəkləri sözünü verir. 

 

 

Ötən gün Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.5% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək. 

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı.

Bundan sonra ölkədə növbədən kənar parlament seçkisi keçirilməsinə qərar verilmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar