Çayı və qəhvəni isti içməyin, çünki...
01.02.2018 936 0.0 0

Soyuq havalarda isinmək üçün bəzi içkiləri isti-isti qəbul etmək əslində sağlamlığa ziyandır.

Məlumata görə, bir çox həkimlər xüsusilə çay və qəhvənin qaynar şəkildə içilməsinin xərçəng riskini artırdığını bildirir.

İsti içkilər əsasən 60-71°C arasında təqdim edilir. Tibb alimləri belə içkiləri qəbul etməzdən öncə soyudulmasını və ya soyuq şəkildə içilməsini tövsiyə edir.

Xüsusilə də qış aylarında daha çox qəbul edilən isti içkilər bəzən qida borusunun yanması ilə nəticələnir. Bu da qida borusundakı hüceyrələri zədələyir və qida borusu xərçənginin yaranmasına səbəb olur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar