Çavuşoğlu üçtərəfli görüşün təfərrüatlarını açıqladı
21.12.2016 695 0
Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Moskvadakı görüşdə Suriyanın Hələb şəhərində atəşkəs rejiminin təmin edilməsi ilə bağlı müzakirələr aparıblar.
"RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib:
"Biz ilk dəfədir ki, bu formatda görüşürük. Bu elə özü vacib hadisədir. Biz Hələbdə humanitar böhranı aradan qaldırmağın yolları, evakuasiya və siyasi məqamlar haqqında danışdıq".
Onun sözlərinə görə, Hələbdən 37 min insan köçürülüb.
Qeyd edək ki, bu gün 3 ölkənin XİN rəhbərləri ilə yanaşı, müdafiə nazirləri də Moskvada toplaşıb. Görüşün əsas müzakirə obyekti Suriya böhranıdır./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər