Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə toxunub
16.01.2016 513 0.0 0

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Qazeta.info bildirir ki, "Report" Türkiyə mətbuatına istinadən verdiyi  xəbərə görə, XİN rəhbəri bu barədə "Türkiyənin qonşuları ilə münasibətlərinin pis olmasının mənbəyi" ilə bağlı sualı cavablandırarkən danışıb.

Çavuşoğlu, bəzi ölkələrlə tarixdən qalma problemlərin olduğunu və Türkiyənin münasibətlərini bu kimi problemlərin müəyyən etdiyini deyib. XİN rəhbəri Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, Azərbaycanın probleminin birbaşa Türkiyənin problemi olduğunu diqqətə çatdırıb.

Çavuşoğlu, Ermənistanla münasibətlərin normallaşmadığını xatırladaraq, Qarabağ problemi varkən Ermənistanla münasibətlərin düzəlməyəcəyini bildirib.

Nazir, həmçinin Türkiyənin ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanmasına yönələn bütün səylərinə güclü dəstək verdiyini qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar