Çavuşoğlu: `Əsəd Afrinlə bağlı qərarsızdır`
20.02.2018 708 0
“Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsad Afrinlə bağlı qərarsızdır".
“Hürriyət”ə istinadən verilən xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: “Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”.
M. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır.
Qeyd edək ki, fevralın 19-da Suriya Dövlət Televiziyası bu ölkə hökuməti ilə PYD-YPG arasında əldə olunan razılığa əsasən Suriya ordusunun Afrinə girəcəyi barədə xəbər yayıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər