Fotolarda görürük ki, Çanaqqala Zəfərinə həsr olunan tədbirdə 21 dövlətin başçıları iştirak etsə də, Rəcəp Tayyip Ərdoğan tədbirdə iştirak edən türk dövlətlərinin başçılarını- yəni Azərbaycan prezidenti İlham Əliyevi və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovu özü ilə İngiltərə şahzadəsi Çarlzın yanında mərkəzdə əyləşdirib. Bu fotolar deyir ki, Çanaqqala zəfərinə həsr olunan tədbirin ən hörmətli qonaqları, İlham Əliyev, şahzadə Çarlz və Qurbanqulu Berdimuhəmmədovdur.
Çanaqqala Zəfərinə həsr olunan tədbirdə yalnız şahzadə Çarlzın və ev sahibi Ərdoğanın çıxış etməsi Çanaqqala savaşlarının tarixinə uyğundur. Yəni şahzadə Çarlz Türkiyəyə hücum edən İngiltərə ordusunun müasir komandanı rolunda, Ərdoğan isə Osmanlı ordusunun müasir komandanı rolundadır.
Prezident İlham Əliyevin Çanaqqala tarixi zəfərinin baş oyunçusu olan İngiltərə şahzadəsinin solunda, Prezident Ərdoğanın şahzadənin sağında əyləşməsi göstərir ki, prezident İlham Əliyev də tədbirin ev sahibi statusundadır! Prezident İlham Əliyevin tədbirin mərkəzindəki yeri Türkiyə- Azərbaycan münasibətlərinin bütün digər dövlətlərlə müqayisədə daha yüksəkdə olmasıyla, prezident İlham Əliyevə böyük hörmətlə bağlıdır.
Prof.Dr. Qüdrət İsaqov