Cakartada növbəti güclü partlayışlar (FOTO)
15.01.2016 442 0.0 0

İndoneziya paytaxtı Cakartada yenidən partlayışlar baş verib. Məlumata görə, baş verən silsilə partlayışlar nəticəsində artıq 17 insan həlak olub.

Axşam saatlarında Cakartanın mərkəzində yenidən partlayışlar olub. Bu haqda yerli telekanala istinadən Reuters bildirib. Polis hadisə yerinə yollanıb. Hazırda hüquq-mühafizə orqanları vəziyyəti aydınlaşdırır.

Eyni zamanda məlum olub ki, terror aktlarından sonra polis Cakartada altı partlamamış bomba aşkar edərək onları zərərsizləşdirib. Terrorçular, əsasən, insanların çox olduğu yerləri - Sarinah böyük ticarət mərkəzinin ətrafını, polis məntəqələrini, bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar. 

 


Cakartada polisin antiterror əməliyyatı

 

Son məlumatlara görə, Cakartada bu gün baş verən terror aktları nəticəsində 17 nəfər həyatını itirib və xeyli sayda yaralanan olub. Ölənlərdən beş nəfəri hücum etmiş terrorçular olub. Hücumlar üçün məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Bir qədər əvvəl Cakartada 6 nəfərin, o cümlədən bir hollandın ölümü ilə nəticələnən silsilə partlayışların məsuliyyətini İŞİD üzərinə götürmüşdü. İndoneziyada əcnəbi vətəndaşlara və təhlükəsizlik xidmətinə qarşı yönəlmiş terror aktını İŞİD həyata keçirib. Bu barədə terror təşkilatının informasiya agentliyindən göndərilən teleqramda məlumat verilib.

Bundan əvvəl Cakartanın polis rəisi Tito Karnavian da partlayışları məhz İŞİD-in törətdiyini açıqlamışdı. O bildirmişdi ki, hücumu İŞİD-in indoneziyalı terrorçusu və Suriyada döyüşən Barun Naim təşkil edib.Polisin məlumatında bildirilir ki, hələ ötən ilin noyabrın sonunda İŞİD İndoneziya polisini hücumla bağlı hədələmiş, cihadçılar İndoneziyada “konsert olacağı” xəbərdarlığını etmişdi. 

 


Hadisə baş verən ərazi xəritədə./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar