Cahangir Hacıyev istintaq təcridxanasına köçürülüb
20.12.2015 548 0.0 0

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qazeta.info bildirir ki, bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
O, hazırda C.Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasında olduğunu deyib.
Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. O, həmin vaxtdan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılırdı.
Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar