Cərrahlar bunu kişinin ürəyindən çıxardıblar
19.10.2015 858 0.0 0

Qırx iki yaşlı Horatsio Rodriqesin üzərində yeddi saat davam edən cərrahiyyə əməliyyatı zamanı həkimlər onun ürəyində dişqurdalayan aşkar edib götürüblər. Xəstə bildirib ki, o dişqurdalayanı bir il əvvəl təsadüfən udub.

AZƏRTAC tell-all.ru saytına istinadla xəbər verir ki, Horatsio Rodriqesə bu ilin yanvar ayında xəstəxanada səhvən sətəlcəm diaqnozu qoyulub. Xəstəliyin əsas əlaməti yüksək hərarət olub.

Həkimlər Horatsioya deyiblər ki, sətəlcəm nəticəsində ürək infeksiyası əmələ gəlib və ona antibiotik yazıblar. Xəstə çəkisini itirəndən və sinəsində yaranan ağrılardan sonra cərrahiyyə əməliyyatına razı olub.

Cərrahlar problemin xəstənin ürəyində olduğunu bildikləri üçün diaqnostik əməliyyat aparmaq qərarına gəliblər. Əməliyyat bu il Argentinanın paytaxtı Buenos-Ayresdə Fernandes xəstəxanasında aparılıb. Xəstəxananın baş cərrahı Fernando Sisero bildirib ki, bu onun çoxillik təcrübəsində ən inanılmaz hadisədir.

Yarıqdan qanı çəkəndən sonra həkimlər həmin an dişqurdalayanı gördülər. Horatsi özünə gələndən sonra ona “tapıntı” haqqında danışıblar. O, gülərək etiraf edib ki, ötən ilin sonunda dişqurdalayanı təsadüfən çərəz ilə udub.

Hazırda Horatso əməliyyatdan sonra bərpa olunur. Həkimlər bildiriblər ki, onun sağlamlığına təhlükə yoxdur.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar