CƏRİMƏ ÖDƏNİŞLƏRİNƏ YENİ QAYDA ƏLAVƏ OUNUB
25.12.2014 819 0.0 0
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş" terminallarının quraşdırılmasına başlayıb.
 
Bu barədə Dövlət Agentliyindən bildirilib. Həmin terminalların köməyi ilə vətəndaşlar Vergilər Nazirliyinin, Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini həyata keçirə biləcəklər. YHQ-nin pozulmasına görə cərimələrin ödənilməsi üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsindəki məlumatlar lazımdır. Qurğu banknotların və sikkələrin qəbulu üçün slotlarla təchiz edilib. Hazırda ilk "ASAN ödəniş" terminalı artıq "ASAN xidmət"in Sabirabad regional mərkəzində quraşdırılıb. Yaxın vaxtlarda qurğu bütün mərkəzlərdə quraşdırılacaq". Dövlət Agentliyinin 2015-ci il üzrə planlarına Bakıdakı ictimai yerlərdə (parklarda, ticarət-əyləncə mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və s.) "ASAN ödəniş" terminallarının quraşdırılması daxildir. Yaxın gələcəkdə ümumilikdə 200-ə yaxın belə terminalın quraşdırılması planlaşdırılır. Bundan əlavə, "ASAN ödəniş" portalının açılması nəzərdə tutulur. Onun köməyi ilə vətəndaşlar bank hesablarından, kredit kartlarından, “Elektron pul kisəsi”ndən və digərlərindən istifadə etməklə ödənişlər həyata keçirə biləcəklər.//Trend

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar