Cənubi Qafqazda NATO-Rusiya müharibəsi: region qarışır
17.12.2015 965 0
Gürcüstan və NATO arasındakı razılaşma çərçivəsində yaxın günlərdə Tiflisdə Şimal Alyansının birgə məşq mərkəzi açılacaq.
Məlumata görə, mərkəzdə hər il yüzlərlə hərbi qulluqçuya təlim keçiriləcək.
Ekspertlər bunu NATO-nun Cənubi Qafqaza rəsmən girməsi kimi izah edir.
Rusiyanın “Kommersant” nəşri Kremlin buna görə NATO-ya sərt reaksiyasını xatırladaraq yazır ki, Şimal Alyansının Gürcüstana daxil olması Cənubi Qafqazda stabilliyin əleyhinədir.
“NATO bununla Rusiya sərhədlərinə daha da yaxınlaşmaq niyyətindədir. Moskvanın buna münasibəti bəllidir. Lakin belə görünür ki, bundan daha çox Cənubi Qafqaz əziyyət çəkəcək. Çünki bu faktiki olaraq Rusiyaya meydan oxumaqdır və regiondakı sabitliyə qarşıdır”, - deyə nəşr qeyd edib./publika.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər