Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir
09.05.2017 825 0.0 0

Cənubi Koreyada prezident seçkiləri keçirilir.

 

"Reuters"-ə istinadən verilən məlumata görə, seçki məntəqələrində səsvermə yerli vaxtla saat 06.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

 

"Gallup Korea" şirkətinin apardığı sorğunun nəticələrinə görə (mayın 3-də dərc olunub), 13 namizəd arasında Demokrat Partiyanın namizədi Mun Çje İnin şansı daha yüksək qiymətləndirilir (38 faiz).

 

Mərkəzçi Xalq Partiyasının namizədi An Çxol Su 20 faiz göstərici ilə ikinci yerdədir.

 

Qeyd edək ki, Cənubi Koreyanın xanım prezidenti Pak Kın Xe vaxtından əvvəl vəzifədən kənarlaşdırılıb, daha sonra isə rüşvətxorluq və hakimiyyət səlahiyyətlərindən su-istifadə cinayətlərində ittiham olunaraq həbs edilib.  

 

Bu səbəbdən ölkədə növbədənkənar prezident seçkiləri təyin olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar