Cənubi Koreya strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq
05.03.2022 609 0
Koreya Respublikası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar öz strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq.
Bildirək ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin şənbə günü dərc etdiyi məlumatda deyilir.
"Bu qərar daxili və beynəlxalq enerji bazarlarını sabitləşdirmək, ABŞ və digər dövlətlərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Enerji resurslarından geosiyasi alət kimi istifadə edilməməlidir”, - sənəddə vurğulanır.
Nazirlik xatırladıb ki, həftənin əvvəlində 31 ölkənin nümayəndələri neft məhsullarının mümkün qıtlığı fonunda öz strateji ehtiyatlarından ümumilikdə 60 milyon barel neft buraxmağa razılaşıblar. Bu həcmin təxminən yarısı ABŞ tərəfindən təmin ediləcək./trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər