Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə hökm oxunması xəbəri Yasamal Rayon Məhkəməsindən təsdiqlənib.
Yasamal Rayon Məhkəməsindən verilən xəbərə görə, G.Həsənliyə fevralın 20-də hökm oxunub və o, cəzasını çəkmək üçün müvafiq cəzaçəkmə müəssisəsinə göndərilib.
Xatırladaq ki, hadisə ilə əlaqədar ilk olaraq öz facebook səhifəsində Milli Şuranın mətbuat xidmətinin rəhbəri, qurumun Koordinasiya Şurasının üzvü Oqtay Güləliyev məlumat yayıb.
Xəbərdə deyilir ki, məhkəmə Günel Həsənlini ötənilki avtoqəza olayı ilə bağlı cəzalandırıb.
Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus “KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib. /virtualaz.org/