Cəlilabadda evdən qeyri-adi oğurluq olub-FOTO
17.08.2016 879 0.0 0

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

 

Məlumata görə, hadisə gecə saatlarında rayonun Göytəpə şəhəri, Vüqar  Mürsəlov küçəsinin sakini Ələsgər Hüseynova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər evin həyətindəki nərdivanı ikinci mərtəbənin pəncərəsinə söykəyərək, oradan otağa daxil olublar. Onlar evdə olan sandığı sökərək içindəki 9 min ABŞ dollarını və 13 min manatı götürüb özləri ilə aparıblar.

 

Məlumata görə, oğurluq baş verən zaman ev sahibinin oğlu Anar Hüseynov otaqda yatıbmış.

 

Ailə üzvləri oğurluğun planlı şəkildə həyata keçirildiyini, qabaqcadan onlara yuxu  dərmanı verildiyini və ya mənzilə qaz buraxıldığını deyiblər.

 

O da bildirilib ki, oğrular sandıqdakı 6-7 min manat dəyərində olan qızıl-zinət əşyalarına toxunmayıblar.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsi məlumatlandırılıb. Polis əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri barmaq izlərini götürüblər.

 

Hazırda oğruların yaxalanması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri görülür./apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar