Cəlilabadda etiraz aksiyası keçirilir - FOTOLAR
18.01.2016 529 0.0 0
Yanvarın 18-də səhər saatlarından başlayaraq bir neçə yüz Cəlilabad rayon (Bakıdan 211 kilometr cənub) sakini dinc etiraz aksiyasına başlayıb. Yerli sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşaraq işsizliyə, bahalığa və sosial yardımların təyin edilməsində yaradılan problemlərə etiraz edir.
 
Etirazçılardan biri Amerikanın Səsinə bildirib ki, rayon icra hakimiyyəti başçısı sakinlərin qarşısına çıxıb və problemlərin həll ediləcəyini bildirib. Bununla yanaşı, sakinlər dağılmayıb və hazırda sosial yardım verilməsi ilə bağlı sənədlər qəbul edilir, şikayətlər dinlənilir.
 
Hadisə yerinə polislər cəlb edilib, lakin onlar hələ aksiyaya müdaxilə etmir ("Amerikanın səsi").
 
Astara rayonun Şahağacı kəndində isə sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhət ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib./bizimyol.info/
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar