Cəlilabad rayonunda ana doğuş zamanı dünyasını dəyişib. Şəhər sakini 33 yaşlı Xanım Yusifova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağı dünyaya gətirəndən az sonra halı qəfildən pisləşib.
Doğulan körpə
Məlumata görə, qadının vəziyyəti ağırlaşdığından doğuşun səhərisi paytaxtdan ixtisaslı həkim briqadası dəvət edilib və gənc ana həkimlərin müşayiəti ilə respublika kliniki xəstəxanasına çatdırılıb. Amma xəstəxanada göstərilən intensiv yardımlara baxmayaraq, həkimlər Xanım Yusifovanın həyatını xilas edə bilməyib.
Mərhumun yaxınları qadının ölümündə doğum şöbəsinin həkimlərini günahlandırırlar.
Cəlilabad rayon mərkəzi xəstəxanasından bildirildi ki, qeysəriyyə əməliyyatından sonra Xanım Yusifovada qan laxtalanması problemi yaranıb və güclü qanaxma baş verib .
Xanım Yusifova- ölən ana
Ölümün baş verməsinin dəqiq səbəbləri isə Səhiyyə Nazirliyi tərəfindən aparılan tibbi ekspertiza nəticəsində bəlli olacaq. Bu gənc ananın ilk doğuşu olub./anspress/