Cəlilabadda baş verən avtomobil qəzasında iki abituriyent ölüb
13.07.2017 852 0.0 0

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, 18 yaşlı sürücü, Ələmdar Qoşqar oğlu Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Şəmsi Qarayev ölüb. 

Bildirək ki, Cəlilabad rayonunun Alar kəndində baş vermiş yol qəzasında dünyasını dəyişmiş gənclər abituriyent olub.

Məlumata görə, Alar kənd 3 saylı orta məktəbini bitirmiş Ələmdar Əzizov və Şəmsi Qarayev sabah, iyulun 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) keçirəcəyi qəbul imtahanında iştirak edəcəkdi.

Onların hər ikisi 2000-ci il təvəllüdlüdür.

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar