Cəlilabadda ağır yol qəzası baş verib
12.07.2016 589 0.0 0

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

Məlumata görə, hadisə ötən gecə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.

 

Cəlilabadın Tahirli kənd sakini Telman Ağayevin idarə etdiyi "Lada Kalina" markalı avtomobil hərəkətdə olarkən rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

 

Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bundan əlavə avtomobildəki sərnişinlərdən Xatirə İbrahimova və onun azyaşlı oğlu Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada yaralılara müvafiq tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından, Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar