Bir neçə ay öncə torpaq sürüşməsi səbəbindən çökmüş Cəlilabad -Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində son həftədə yenidən aktivlik müşahidə olunur.
Məlumata görə, son yağıntılar zamanı dağlardan gələn sel suları, yol yatağının müəyyən hissəsini yuyub, bəzi ərazilərdə isə sürüşmənin təsirindən iri çatlar əmələ gəlib.
Sürüşmənin yarandığı yer
Kənd sakinlərinin sözlərinə görə, yağıntıların yenidən başlaması ərazidəki dağ yamacının sürüşməsinə səbəb ola bilər. Belə olan halda isə 40-a yaxın ucqar kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilməsi yaşana bilər. Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Cəlilabad rayonunun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Hələlik sürüşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.
Sürüşmə zonası