Cəlilabad sakini mikroavtobusda arvadının gözləri qarşısında qətlə yetirilib - FOTO
27.12.2017 2223 2.0 0

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. 

Məlumata görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan mikroavtobus ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı mikroavtobusun sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun adı yaxın müddətdə açıqlanacaq.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir./Report/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar