Cəbhə xəttində düşmən təxribat törədib
04.03.2016 1036 0.0 0

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. 
Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar