Cəbhədə iki erməni yaralandı
18.04.2016 494 0.0 0

Cəbhədə iki erməni hərbçi yaralanıb. Məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Aprelin 18-nə keçən gecə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində operativ vəziyyət sabit olaraq qalıb.

Atəşkəsin pozulması nəticəsində silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində iki hərbçi yaralanıb. Bunlar 1991-ci il təvəllüdlü Erik Matevosyan və 1996-cı il təvəllüdlü Azat Barsamyandır.

Cəbhədə atəş səsləri bu gecə də eşidilməyə davam edib. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 116 dəfə atəş zərbəsi endirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar