Cəbhədə düşmən əsgəri öldürülüb
18.02.2016 733 0
Bu gün 13.00 radələrində Azərbaycanın işğal altında olan bölgələrində Ermənistan ordusunun əsgəri, 1997-ci il təvəllüdlü David Terteryan aldığı güllə yarasından keçinib.
Qazeta.info bildirir ki, APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, insident Dağlıq Qarabağ bölgəsinin şərq istiqamətində baş verib. Hadisənin təfərrüatları açıqlanmır.
Məlumata görə, insidentlə əlaqədar araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər