Bütün Rusiyanın patriarxından Suriyada müharibə elanı
08.01.2016 676 0.0 0

“Rusiya Silahlı Qüvvələri Suriyada Vətəni qoruyur”. Məlumata görə, bunu "Rusiya 1" telekanalına müsahibəsində Moskva və bütün Rusiyanın Patriarxı Kirill bəyan edib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Suriyada keçirdiyi xüsusi əməliyyat ədalətlidir və bu "Vətənin müdafiəsi"dir. Patriarx Suriyanın uzaq olmadığını və sözün əsl mənasında Rusiyanın qonşusu olduğunu qeyd edib.

 

 


Patriarxı Kirill

"Axı, biz hamımız yaxşı bilirik ki, terrorizm hansı dəhşətli bəlalar gətirir. Xalqımız hamısını sadalamaq mümkün olmayan Beslan, Volqoqrad kimi dəhşətli sınaqlardan keçib. Bu ağrı bizi yandırıb və biz bilirik bu nədir. Bizim Sinay üzərində vurulan təyyarəmiz... Ona görə də nə baş verirsə, bu, müdafiə xarakterlidir", - deyə Kiril bildirib.

 

Bundan əlavə, Rusiyanın Suriyada hərbi əməliyyatı Suriya və Yaxın Şərqdə ümumilikdə əhalinin xilası üçündür, onların arasında çoxlu xristian var. Patriarx Kirill vurğulayıb ki, söhbət ədalətli mübarizədən gedir.

Onun sözlərinə görə, xristian dininə əsasən insanı, cəmiyyəti, dövləti qoruyan hərbi əməliyyatlar labüddür.

 


Suriya ərazisi xəritədə./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar