Çində çox qəribə hadisə baş verib.
Qazeta.info Olke.az-a istinadla xəbər verir ki, 17 il əvvəl güclü zəlzələ baş verən mədəndə qazıntı işləri aparılıb. Qazıntı zamanı ərazidə olan hamı şoka düşüb. Məsələ burasındadır ki, 17 il əvvəl zəlzələ nəticəsində şaxtada qalan bir şaxtaçı sağ tapılıb.
Zəlzələ 17 il əvvəl olub. 7.8 bal gücündə zəlzələ mədəni dağıdıb. Nəticədə isə 118 şaxtaçı torpaq altında qalıb.
Hadisədən sonra mədənin bu hissəsi bağlanmışdı. Amma bu yaxınlarda bərpa edilən işlər nəticəsində ölüm tələsində 17 il sağ qalmağı bacaran şaxtaçı tapılıb.
59 yaşlı Çunq Vainin vəziyyəti çox pis olub. Onu yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlər onun fiziki və psixi vəziyyətini dəyərləndirirlər.
Zəlzələ nəticəsində mədənin taxtadan inşa edilən konstruksiyası uçub və 118 nəfər dağıntılar altında qalıb. Çunqdan başqa bütün şaxtaçılar həlak olub.
Ventilyasiya sistemi sayəsində şaxtaçı sağ qala bilib.
Bundan başqa şaxtada olan böyük qida ehtiyatı da onun sağ qalmasına səbəb olub. Bununla yanaşı Çunq bir müddət kəsəyənlərlə də qidalanıb.