Bütün dünya bu uşaqlardan danışır (FOTO, VİDEO)
03.09.2015 830 0.0 0

Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.

Məlumata görə, dənizin soyuq dalğalarının sahilə çıxardığı meyitlər suriyalı 3 yaşlı Aylan Kurdi və onun qardaşı 5 yaşlı Galip Kurdiyə məxsusdur.

Türkiyənin Bodrum şəhərindəki çimərliklərdən birində sahilə çıxan meyitlər yaddaşlardan uzun müddət silinməyəcək. Uşaqların acınacaqlı taleyinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.

Dünyanı kədərə boğan uşaq

G20 konfransının açılışında çıxış edən Ərdoğan acınacaqlı şəkilldə həyatını itirən 3 yaşlı uşağın hesabını bütün dünya verməyəcəkmi deyə dünyaya sual ünvanlayıb.

Ötən gecə dənizdə batan 2 qayıqda 5 nəfəri uşaq olmaqla 12 suriyalı həyatını itirib. Qəza nəticəsində batan 2 nəfərin meyitini hələ də tapmaq mümkün olmayıb.

 

 


Miqrantların dənizdən çıxan paltarları

Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar. 

Avropaya miqrant axının artmasının səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Rahat həyat arzusu ilə yola çıxan minlərlə miqrant dənizdə bataraq həyatını itirirlər./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar