Bunları yemək intihara bərabərdir: menyudan çıxarın - SİYAHI
08.03.2016 1203 0.0 0

Türkiyə mətbuatı qidalar haqqında növbəti dəfə sensasion iddia ilə çıxış edib. Mütəxəssislər insan ölümünə səbəb olan qidaların siyahısını açıqlayıb. Qazeta.info Aile.lent.az -a istinadla “intihar qidaları”nı təqdim edir.

 

Taxıllar – taxıllarla həddən çox qidalanma sizin vaxtından tez qocalmağınıza səbəb olur.

 

İşlənmiş proteinlər – Proteinlər əzələ yaradır. Ət isə ən yüksək səviyyədə və ən zəngin protein qaynağıdır. Lakin sosiska, kolbasa və bunlara bənzər qidalar kimi işlənmiş proteinlərdən uzaq durmaq lazımdır. Təbii proteinlər sinir sistemini tənzimləyir, işlənmiş proteinlər isə tam əksini edir. Yəni sinir sistemini məhv edir.

 

Trans yağlar – Qəti olaraq bütün növ trans yağlardan uzaq durmaq lazımdır. Trans yağlar bir çox ciddi problemlərə səbəb olur. Ürək problemləri, xolesterol və piylənmə bunlardan ən çox özünü göstərənlərdir. Həmçinin trans yağlar beyinə çox zərər verir. Refleksləri öldürür, beyin fəaliyyətinin keyfiyyətini aşağı salır. Bununla yanaşı, iflic riskini də maksimum həddə çatdırır. Unutqanlıq kimi təsirləri də bir müddətdən sonra özünü göstərir.

 

Süni dadlandırıcılar – İnsanlar arıqlamaq üçün şəkər əvəzinə süni dadlandırıcılardan istifadə edirlər. Bunların tərkibinin az kalorili olması doğrudur. Lakin faydasından çox zərəri var. Uzun müddət istifadə etdikdə beyin zədələnmələrinə və zehni pozuntulara səbəb olur.

 

Nikotin – Nikotinin zərərlərini saymaqla bitməz. Beyinlə əlaqəli olanına gəldikdə isə, bədənimizin ən vacib orqanı olan beynimizə qanın getməsinin qarşısını alır. Beyinə qan getmədikdə oksigen də getmir. Bu da beynin yavaş-yavaş ölməsinə gətirib çıxarır. Kapilyar damarları tıxadığı üçün neyrotransmitterin istehsal olunmasına mane olur və funksiyasının qarşısını alır. Bu isə sinir sistemini məhv edir.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar