ƏBÜLFƏZ QARAYEV CƏBHƏ BÖLGƏSİNƏ NİYƏ GEDİB?
31.10.2014 1502 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir.

Oktyabrın 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Yevlax şəhər, Ağdam, Goranboy, Xocalı, Bərdə və Tərtər rayonlarından vətəndaşları qəbul edib. 
Qəbuldan öncə Əbülfəs Qarayev Ağdam rayonu Xındırıstan kənd musiqi məktəbi üçün nazirlik tərəfindən inşa olunan yeni binada işlərin gedişi ilə tanış olub, Respublika Atçılıq Turizm Mərkəzinin Ağdam filialına baş çəkib. 
Nazir həmçinin qonşu Ağcabədi rayonunun Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev-muzeyində, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına incəsənət məktəbində və 1 saylı şəhər musiqi məktəbində olub.
Ağdam Dövlət Dram Teatrının binasında keçirilən qəbula Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 30-dək vətəndaş yazılmışdı. 
Sakinlərin müraciətləri yerlərdə muzey, kitabxana, musiqi məktəbi, teatr, digər mədəniyyət ocaqlarının fəaliyyəti, maddi-texniki bazasının yaxşılaşdırılması, bölgədə turizmin inkişaf etdirilməsi, tarixi-mədəni abidələrin qorunmasınadək bir çox məsələləri əhatə edib. Vətəndaşlar tərəfindən bir sıra məsələlərə dair təşəbbüslər də irəli sürülüb.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı işğal olunmuş rayonların muzey eksponatlarının Bakıda səyyar sərgisinin təşkili, Xocalı faciəsi ilə bağlı məlumatların daha miqyasda yayılması ilə bağlı təkliflər səslənib. Tanınmış incəsənət xadimlərinin cəbhə bölgələrinə ezam olunması, Ağdamın məşhur "Şur" ansamblının xarici ölkələrə qastrol səfərinin təşkilinə kömək göstərilməsi, yerlərdəki musiqi məktəblərində saz, balaban, digər milli musiqi alətləri şöbələrinin yaradılması ilə bağlı müraciətlər olub. 
Müraciətlərin bir qismində cəbhəyanı bölgələrdə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrlara, o cümlədən xoreoqrafiya, rəqs, xor, informasiya-kommunikasiya texnologiyaları müəllimlərinə ehtiyac olduğu qeyd olunub. Nazirliyin xətti ilə yerlərdə mədəniyyət müəssisələri işçiləri üçün mərkəzləşdirilmiş kompüter kurslarının, muzey əməkdaşları üçün təcrübə mübadiləsi məqsədilə ezamiyyətlərin təşkili, Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinin bölgələrə ezam olunması ilə bağlı xahişlər səslənib.
Bərdə şəhərindəki XVIII-XIX əsrlər abidəsi olan Şirvanlı hamamının bərpasına kömək göstərilməsi, Yevlax rayonundakı Varvara su hövzəsinin turizm marşrutuna daxil edilməsi, Goranboy rayonunun Meşəli kəndindəki alban abidəsinin təmiri və burada muzey-kitabxananın yaradılması, yerlərdə rəssamların yaradıcılıq emalatxanalarının təşkili, Yevlax şəhər Bəşir Səfəroğlu adına xalq teatrının geyim və digər təchizatına kömək göstərilməsi ilə bağlı müraciətlər də edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar