Bulvarda özünü dənizə atan şəxsin meyiti çıxarılıb
12.03.2016 664 0.0 0

Dənizkənarı Milli Parkın ərazisində martın 11-də suya düşmüş vətəndaşın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, meyit aidiyyəti üzrə təhvil verilib.
 
***
 
11 mart saat 20.56
  Dənizkənarı Milli Parkda  bir nəfər intihara cəhd edib.
 
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə,Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar