Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edəcək
23.01.2017 771 0
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 26-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbula Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlar qatılacaqlar. Şöbədən bildiriblər ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər