Bülbülün vəfatından 54 il ötür (VİDEO)
26.09.2015 687 0.0 0

Bülbül - Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirərək vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.

1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb, 1940-cı ildə professor seçilib, 1950-ci ildən SSRİ Dövlət Mükafatı laureatıdır. 

Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Oğlu - müğənni Polad Bülbüloğlu da bir müddət bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.
Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub, SSRİ - nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qarribaldi ordeninə və medallara layiq görülüb.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar