Budəfəki iclasda FED uçot dərəcəsini artırmayacaq - PPOQNOZ
31.01.2017 845 0.0 0

Sabah başa çatacaq Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) ikigünlük iclasının yekununda uçot dərəcəsi dəyişməz olaraq 0,75% səviyyəsində qalacaq. Təbii ki, diqqətlər iclası yekunlarına dair bəyanata və FED rəhbəri Canet Yellenin gələn həftəyə planlaşdırılan çıxışına yönələcək. Məhz bundan sonra investorlar FED-in mart ayı üçün nəzərdə tutulan iclası barədə fikirlərini yəqinləşdirə biləcəklər. Hesab edirəm ki, FED uçot dərəcəsini məhz cari ilin II rübündə artıracaq. Hərçənd dollarının məzənnəsinin dinamikası cari ilin I yarısında əlverişli olaraq qalmalıdır.

 

Bir daha qeyd edim ki, sabah yekunlaşacaq iclasda uçot dərəcəsinin artırılması inandırıcı görünmür. Lakin birjalardakı ab-havanı məhz FED-in bəyanatı formalaşdıracaq.
 

Uçot dərəcəsinin artırılması tsikli ləngdir: elə bir təəssürat yaranır ki, tənzimləyici uçot dərəcəsini artırmaqda maraqlı deyil. Buna baxmayaraq, FED bu il uçot dərəcəsini 3 dəfə artırmaq niyyətindədir. Beləliklə, proqnoz vermək olar ki, uçot dərəcəsi bu il baş tutacaq (indikini nəzərə almasaq) 7 iclasdan 3-də artırılmalıdır. 2015 və 2016-cı illərin (həmin illərdə uçot dərəcəsi yalnız 1 dəfə artırıldı) təcrübəsi onu deməyə əsas verir ki, FED-in proqnozlarına skeptik yanaşmaq da olar və bu qəbildən olanların sayı az deyil. Hazırda uçot dərəcəsinin 3 yox, 2 dəfə (hər dəfə 0,25%) artırılacağına inananlar çoxluq təşkil edir. Uçot dərəcəsinin martın 15-də artırılacağı ilə bağlı ehtimal 30%, mayın 3-də artırılacağı ilə bağlı ehtimal isə 50%-dən aşağıdır.

 

Ehtimal etmək olar ki, FED-in sabah yayacağı bəyanatında uçot dərəcəsinin yaxın perspektivdə artırılması ilə bağlı siqnal yer almayacaq. Sonuncu iclasdan sonra FED-in 2017-ci ildə uçot dərəcəsinin 3 dəfə artırılacağına işarə etməsi ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyini 2,6%-dək artmasına səbəb olub.
 

Daha bir maraqlı məqam ondan ibarətdir ki, 2017-ci il FED-in siyasəti baxımından özündə bir sıra qeyri-müəyyənliklər daşıyır. Gələn il 425 mlrd. dollarlıq korporativ istiqraz üzrə ödənişlər edilməlidir. Bununla yanaşı, 2018-ci ilin yanvarında xanım Yellenin FED rəhbəri postunda səlahiyyət müddəti bitir. Bundan başqa, ABŞ və Avropada (əsasən Fransada) baş verəcək bir sıra siyasi hadisələr FED-in qərarına təsirsiz ötüşməyəcək.

 

Sabah başa çatacaq iclasın yekunları dollara ciddi təsir etməyəcək.

 

Sonda bir daha qeyd etmək istərdim ki, biz uçot dərəcəsinin bu il 3 deyil, 2 dəfə artırılacağını proqnozlaşdırırıq.

Tom Levinson,

"Sberbank Investment Research", analitik

 

Mənbə/APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar