Bu yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır
07.12.2016 851 0
Dekabrın 9-da Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağının 2 zolağı hərəkət üçün qısa müddətə bağlanacaq. Bu barədə "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.
Məlumata görə, yolda hərəkətin məhdudlaşdırılması aparılacaq profilaktik təmir işləri ilə əlaqədar həyata keçirilir.
"Ərazidə profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti bir hərəkət zolağı ilə təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər