Bu valideyini çarəsizliyi görənlərin qəlbini dağladı (FOTO)
17.04.2015 787 0
Çində bir atanın xəstə övladına dərman almaq üçün etdikləri görənlərin ürəyini parçalayıb. "Daily Mail"ə istinadla verilən məlumata görə, 38 yaşlı Cen Yuntao Hefei şəhərinin ən işlək küçələrindən birində başına at maskası taxaraq oturub. O, yoldan keçənləri 1 dollar müqabilində at kimi belində gəzdirməyi təklif edir.
O, yanına oğlunun fotosu və xəstəliyi haqqında böyük plakat yerləşdirərək qazanc əldə etməyə çalışır.
Bu yolla kişi leykamiya xəstəsi olan 9 yaşlı övladının müalicə xərclərini qarşılamağa çalışır. "Son çarəm bu olmasa əsla bu addımı atmazdım".
Onun sözlərinə görə, indiyə qədər müalicəyə 200 min yuan xərcləyiblər, kimyaterapiya üçün daha 500 min yuana ehtiyacları var. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər