Bu təbii müalicə vasitəsi prostatın ölçüsünü, qanda xolesterini normallaşdırır.
26.05.2017 1292 0.0 0

Bu təbii müalicə vasitəsi ilə prostatın ölçüsünü, qanda xolesterinin və şəkərin miqdarını normallaşdırmaq, qastriti isə müalicə etmək mümkündür.
Balqabaq orqanizm üçün çox faydalıdır. Balqabağın həm lət hissəsi, həm də toxumları bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Balqabaq tumu ölçüsü böyümüş prostat vəzinin ölçülərini normallaşdırmaq qabiliyyətinə malikdir. Buna nail olmaq üçün gün ərzindəən az 1 xörək qaşığı duzsuz balqabaq tumu yemək lazımdır. Balqabaq tumlarından hazırlanmış dəmləmə prostat vəzi iltihabını aradan qaldıra bilir. Bunun üçün aşağıdakı sousu hazırlayıb qəbul etmək lazımdır.
Lazım olanlar:
* 1 ovuc təzə balqabaq tumu
* 1 stəkan su
Soyuq suya bir-neçə balqabaq tumu tökülür və zəif odun üstündə qaynamağa qoyulur. Su qaynadıqda yerdə qalan tumlar xırdalanır və qaynar suya salınır, 10-15 dəqiqə zəif odda qaynayır. Bu dəmləmədən hər gün içdikdə prostat vəzidəki iltihabi proses və onun əmələ gətirdiyi patologiyalar aradan qalxır. /immunitet.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar