Bu sözlər dilimizə daxil edilə bilər - SİYAHI
01.07.2015 684 0.0 0

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə bildirib ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110 563 söz daxil edilib.

Hazırda yeni orfoqrafiya lüğətinin hazırlanması üçün işlərin aparıldığını deyən İ.Məmmədovun sözlərinə görə, yeni lüğətdə leksik vahidlərin sayının daha da artırılması nəzərdə tutulur.

Dilçi alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq yeni söz toplanıb: "Əsasən, başqa dillərdən alınan bu sözlərin İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap edilməsi nəzərdə tutulur".

İ.Məmmədov dilimizə daxil edilməsi gözlənilən yeni sözlərin bəzilərini də açıqlayıb. Həmin sözlər geriçağırılma, akkreditiv, gərdək qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar, siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio, kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt, fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi, notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit, rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya, revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema, südücə, sağrı mərkəzi və s-dir.

İ.Məmmədov bildirib ki, yeni lüğətə coğrafi adların, o cümlədən tarixi Azərbaycan ərazisindəki coğrafi adların da daxil edilməsi təklif edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar