Bu sirrlərin pozulmasına görə cəza ağırlaşdırılır
19.04.2017 653 0
Azərbaycanda yazışma, telefon danışıqları və poçt sirrlərinin pozulmasına görə cəzanın son həddi dörd dəfə artırılır.
Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinə (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) dəyişiklik təklif olunub. Təklifə əsasən maddənin sanksiyasında “100 manatdan 500 manata qədər” cərimə “1000 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər