Bu silahlardan dünyanın supergücləri də qorxur
02.10.2017 890 0.0 0

The National Interest nəşrinin analitiki Nikolas Mayers Rusiya ordusundakı ən güclü müasir silahların adlarını açıqlayıb.

 

Ekspertin fikrincə, ABŞ və onun mürttəfiqləri üçün potensial təhlükəli silah orta və uzaq mənzilli "Triumf" (S-400), operativ-taktik raket kompleksi "İskəndər-M", sahil raket kompleksi "Bal", qanadlı raketlər "Kalibr", həmçinin müasir radioelektron kəşfiyyat sistemləri, o cümlədən QLONASS dəstəkli "Strelets" kompleksi və pilotsuz uçan aparatlardır.

"Kalibr" istisna olmaqla sözügüdən silahlar 14-20 sentyabr 2017-ci il tarixlərində "Zapad-2017" Rusiya-Belarus birgə təlimlərində sınaqdan keçirilib. Onda Aralıq dənizinin şərq hissəsində "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqları İŞİD-in Suriyadakı obyektlərinə qanadlı raketlərlə zərbələr endirmişdi.

Analitik gələcək üçün proqnoz da verib. "Bu texnologiyalar, şübhəsiz ki, qarşıdakı bir neçə il ərzində Rusiyanın hərbi planlaşdırma sisteminin əsası olacaq" — deyə Mayers bildirib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar