Bu sahələrdə əmək haqqı artıb
19.02.2015 1090 0.0 0

Qazeta.info Dövlət Statistika Komitəsinə istinadla bildiri ki, 2014-cü ildə nəqliyyat müəssisələrində işləyən muzdlu işçilərin orta sayı 73,5 min təşkil etmiş, onlardan 71,6 faizi dövlət müəssisələrində, 28,4 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 50,9 faizi yerüstü və boru kəməri, 11,7 faizi su, 16,4 faizi hava nəqliyyatı, 21,0 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir. 
 

2013-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,5 faiz artaraq 538,8 manat olmuş, bu göstərici hava nəqliyyatında 789,3 manat, dəniz nəqliyyatında 771,3 manat, metro nəqliyyatında 613,6 manat, avtomobil nəqliyyatında 503,7 manat, dəmir yolu nəqliyyatında isə 257,1 manat təşkil etmişdir. Əmək haqqı metro nəqliyyatında 6,6 faiz, dəniz nəqliyyatında 3,8 faiz, avtomobil nəqliyyatında isə 2,3 faiz artmışdır. 
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,8 faiz artaraq 734,9 manat olmuşdur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar