Bu şəxslər media subyektinin təsisçisi ola bilməz
10.12.2021 331 0
Media subyektinin təsisçisi ola bilməz şəxslərin siyahısı müəyyənləşib
Trend-in məlumatına görə, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- siyasi partiyalar (çap mediası istisna olmaqla);
- dini qurumlar (çap mediası istisna olmaqla).
Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər