Bu rayonlarda təbii qaz verilməsi 2 gün məhdudlaşdırılacaq
28.08.2015 689 0.0 0

Qazax magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq
                               
                               
Qazeta.info SOCAR-a istinadla bildirir ki, avqustun 31-dən etibarən, iki gün müddətində “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gədəbəy”, “Zəyəm”, “Çənlibel”, “Alakol”, “Qovlar” və “Dondarquşçu” qazpaylama stansiyalarında, eləcə də “Zəhmət”, “Yastı Meşə”, “Morul” və “Sarıtəpə” qaztənzimləyici məntəqələrində carı təmir işləri aparılacaq.
Təmir müddətində Gədəbəy rayonunun, Şəmkir rayounun Zəyəm, Çənlibel, Morul, Sarıtəpə, həmçinin Tovuz rayonunun Alakol, Qovlar, Dondarquşçu kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar