Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq
Qazeta.info ARDNŞ-yə istinadla bildirir ki, Aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, “Zabrat-Bilgəh” və “Zabrat-Ümumi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Şamaxı”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Xaldan”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Beyləqan”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” və “Yuxarı Salahlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Göytəpə”, “Nərimankənd” və “Saatlı” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Şamaxı və Beyləqan şəhərlərinin, Yevlax rayonunun Xaldan və Qəribli, Sabirabad rayonunun Nərimankənd, Ulacalı, Qaratəpə, Əhmədabad, Mürsəlli və Şıxlar, Saatlı rayonun Qıraqlı, Mustafabəyli, Bəylik və Yeni Novruz, Samux rayonunun Ağasıbəyli, Əhmədli, 1 May və Şəmsizadə, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Zabrat və Abşeron rayonunun Bilgəh qəsəbələrinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.