Bu rayonlarda əmək yarmarkası keçiriləcək
29.09.2015 523 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ucar, Şəmkir və Tərtər rayonlarında əmək yarmarkaları keçirəcək

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan Əmək yarmarkaları bu həftə 3 rayonda davam etdiriləcək. Belə ki, növbəti Əmək yarmarkalarının sentyabrın 30-da Ucar, Şəmkir və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır. 
 
Qazeta.info ƏƏSMN-ə istinadla bildirir ki, ilkin məlumatlara əsasən, həmin rayonlar üzrə ümumilikdə 60 müəssisə üzrə 823 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif edilməsi nəzərdə tutulur. Hər üc rayonda Əmək yarmarkaları saat 10:00-da başlayacaq.
   Aktiv məşğulluq tədbirləri zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim olunacaq, həmçinin peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı  aparılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar