Bu rayonlarda içməli suyun verilişi məhdudlaşdırılacaq
02.02.2017 803 0
Bu gün Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudlaşma magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər