Argentinada yaşayan 17 yaşlı Abril Lorenzatti özü də bilmədən nağıl qəhrəmanına çevrildi
Argentinada yaşayan 17 yaşlı Abril Lorenzatti uzunluğu 1.52 metr olan saçı ilə nağıl qəhrəmanı Rapunzeli xatırladır.
Məlumata görə, Lorenzatti saçları sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.
Balaca vaxtı şahzadə olmağı arzulamayan çox az qız olur. Argentinalı Lorenzatti isə bərbərxanada başına gəlmiş xoşagəlməz hadisədən sonra şahzadə olmaq xəyalına düşüb.
Belə ki, 10 il əvvəl bərbər onun saçlarını korlayıb. Lorenzatti güzgüdə sözün hər iki mənasında başına gələnlərdən dəhşətə düşüb. Biabırçı saç formasından xəcalət çəkən qız bir daha bərbər yanına getməmək və saçını uzatmaq qərarına gəlib. O vaxtdan Abril uzatdığı qara saçları ilə uşaqların sevimli nağıl qəhrəmanı olan şahzadə Rapunzelə oxşamağa başlayıb.
Hazırda saçının uzunluğu 1.52 metr olan Lorenzatti Ginnesin Rekorlar Kitabına "ən uzun saçlı gənc" kimi düşüb./Sputnik/