Bu qadının adını heç kim deyə bilmir- FOTO
12.01.2022 505 0.0 0

Texasda Sandra Villiams adlı qadın 1984-cü ildə dünyaya gələn qızına olduqca uzun ad qoyub.

“Qafqazinfo”ya istinadən xəbər verilir ki, qısaca olaraq Ceymi çağrılan qızın adında 1019 hərf var.

Bu səbəbdən Sandranın qızının doğum şəhadətnaməsi 1 metr uzunluğundadır.

Məsələ burasındadır ki, Sandra qızının adının bənzərsiz olmasını istəyib. Bu səbəbdən o, əvvəllər heç kimdə olmayan adı övladına vermək qərarına gəlib.

Bu səbəbdən əvvəlcə 12 sentyabr 1984-cü ildə anadan olan qızın adı doğum şəhadətnaməsində "Rhoshandiatellyneshiaunneveshenk Koyaanisquatsiuth Williams" yazılıb.

Qızlarının adının rekordunu qısa zamanda itirmək istəməyən ailə, dəyişiklik edərək daha uzun ad seçməyə qərar verib. Dəyişiklikdən sonrakı ad isə budur:

Rhoshandiatellyneshiaunneveshenkescianneshaimondrischlyndasaccarnaerenquel-
lenendrasamecashaunettethalemeicoleshiwhalhinive'onchellecaundenesheaalauson-
drilynnejeanetrimyranaekuesaundrilynnezekeriakenvaunetradevonneyavondalatar-
neskcaevontaepreonkeinesceellaviavelzadawnefriendsettajessicannelesciajoyvaelloy-
dietteyvettesparklenesceaundrieaquenttaekatilyaevea Williams.

Qeyd edək ki, ana qızına ad verərkən hər şeyi düşündüyünü bildirib. Qadın ona və qızına əziz ola biləcək hər şeyi Ceyminin adına əlavə edib. Uzun adda filmlərin, avtomobillərin, rənglərin, o cümlədən dostların və sevdiklərinin adları və soyadları öz əksini tapıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar