Bu qadağalar ləğv olundu - Operativ Qərargahın məlumatı
14.04.2022 397 0.0 0

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Qazeta.info xəbər verir ki, bu haqda Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda qeyd edilir ki. Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 152 nömrəli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

 - Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

 - Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar